Tramp “dəli” adlandırdığı müsəlman merlə görüşdü

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun seçilmiş meri Zöhran Mamdani ilə görüşüb.

Sozcu.az-ın məlumatına görə, Tramp bildirib ki, Ağ Evdə baş tutan görüş onun üçün “xoş sürpriz” olub.

Tramp buna qədər Mamdanini sərt tənqid etsə də, iki tərəfin bir çox əsas məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü deyib.

“Kriminalın olmamasını, mənzillərin tikilməsini və kirayələrin azalmasını istəyir. Bunların hamısı ilə razıyam”, - ABŞ Prezidenti qeyd edib.

Tramp, həmçinin Mamdani ilə “birlikdə işləyəcəyini” vurğulayıb. 

Donald Tramp daha əvvəl Mamdani mer seçilərsə Nyu-Yorkun maliyyələşdirilməsini məhdudlaşdırmaqla hədələsə də, indi bu fikrindən daşındığını deyib: “Mən ona kömək edəcəyəm, zərər vurmayacağam. Nyu-Yorkun böyük olmasını istəyirəm”.

34 yaşlı Zöhran Mamdani Nyu-York tarixində ilk müsəlman mer və son yüz ildə şəhərə rəhbərlik etmiş ən gənc siyasətçi olub. Onun seçki qələbəsini Tramp “kiçik suverenlik itkisi” kimi qiymətləndirmiş, həmçinin Mamdanini “yüz faiz kommunist dəlisi” adlandırmışdı.

Share on Facebook