Tovuzda yol qəzası - 22 yaşlı gənc yaralandı

Tovuzda yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “VAZ 2106” markalı maşın “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2107” yol kənarındakı avtomobil sexinə çırpılıb.

Avtomobildə olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook