Tovuzda 14 nəfər dönərdən zəhərləndi

19:00

Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.

Sozcu.az xəbər verir ki, 12 nəfər zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlar arasında azyaşlı da var, hazırda rayon xəstəxanasında müalicələri davam etdirilir.

***

Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Share on Facebook