18:34
“Tiflis Moll”da keçirilən aksiyada iştirakçılar Gürcüstan paytaxtından giriş-çıxışı qismən məhdudlaşdırıblar.
Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, aksiyaçılar ticarət mərkəzinin mərkəzi girişində cəmləşiblər, lakin sonradan yol boyu yürüş keçirmək qərarına gəliblər və nəticədə yol bağlanıb.
Etirazçılarla polis arasında toqquşma yaşanmayıb.
Aksiyada müxalifət nümayəndələri də iştirak edir.
***
Gürcüstan polisi yeni parlament seçkiləri tələbi ilə keçirilən və minlərlə nümayişçinin iştirak etdiyi aksiyada Tiflisin kənarında magistral yolu bağladığı üçün bir neçə nümayişçini həbs edib.
“Röyters”in məlumatına görə, həbs olunanlar arasında ölkənin ən böyük müxalifət partiyası olan Dəyişiklik Koalisiyasının lideri Nika Melia da var.
Yerli mətbuat isə Tiflisin keçmiş meri Georgi Uqulavanın da həbs edildiyini yazıb.