Təyyarə qəzası: Yardım göstərməyə hazırıq! - İsrail

İsrailin Azərbaycandakı səfiri Corc Dik təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Sozcu.az xəbər verir ki, bu barədə Corc Dik X hesabında paylaşım edib.

“Bu gün Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı xəbərlər bizi şok edib və dərin kədərə boğub. Biz sağ qalanların tezliklə sağalmaları üçün dua edirik. İsrail xalqı adından həyatını itirənlərin ailələrinə dərin başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və lazım olan hər hansı bir yardım göstərməyə hazırdır. Qurbanların ruhu şad olsun", - səfir paylaşımında bildirib.

Share on Facebook