İran hakimiyyəti seldən zərərçəkən Güney Azərbaycan bölgələrindəki əhalinin vəziyyəti ilə maraqlanmır.
Bunu sosial şəbəkədə çoxsaylı faktlar və məlumatlar da təsdiqləyir.
Bildirilib ki, İranın rəsmi xəbər saytları və agentlikləri də seldən zərərçəkən bölgələrlə bağlı məlumat vermir.
Yerli sakinlər seldən zərər çəkən əhalinin ürəkdağlayan olduğunu bildirirlər. Onların sözlərinə görə, İran hökuməti onlara heç bir yardım göstərmir və taleyin ümidinə buraxıb.
Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Güney Azərbaycanın Germi və Biləsuvar rayonlarında leysan yağışlar nəticəsində sel olub. Əhalinin əkin sahələri, şəxsi təsərrüfatına xeyli ziyan dəyib. Sakinlər ərzaq və içməli su çatışmazlığından əziyyət çəkir. Onlara Güney Azərbaycanın müxtəlif bölgələrinin sakinləri humanitar yardım edir.