Təbrizli milli fəal həbs edildi

Təbrizdə yaşayan milli fəal Kərim İsmayılzadə həbs edilərək həbsxanaya göndərilib.

Sozcu.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, oktyabrın 18-də Təbriz Prokurorluğunun 10-cu bölməsinə çağırıldıqdan sonra saxlanılıb.

Fəal yalan məlumatlar yaymaqla ictimai rəyi təhrik etməkdə ittiham olunur.

Qeyd edək ki, İsmayılzadə bundan əvvəl də dinc fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

Share on Facebook