Martın 16-dan 17-ə keçən gecə Təbrizin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən Güney Azərbaycan müstəqilliyi ilə bağlı banner asılıb.
Sozcu.az xəbər verir ki, bannerdə “Güney Azərbaycanın müstəqilliyi yalnız “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə gerçəkləşəcək” yazılıb.
“Azadlıq, Ədalət, Milli Hökumət” son aylar Güney Azərbaycanda ən çox bəyənilən şüara çevrilib və bu artıq İranda yaşayan başqa qeyri-fars xalqlar tərəfindən də səsləndirilir.