Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədli ötən gün intihar edib.
Sozcu.az xəbər verir ki, Orxan Məmmədli iş adamı olub, “Avantaj” turizm şirkətinə rəhbərlik edib.
Orxan eyni zamanda Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur.
Sosial şəbəkələrdə yayılan iddiaya görə, intiharın səbəbi Orxan Məmmədlinin külli miqdarda borcu olmasıdır. Ailəni tanıyanlar cütlüyün bir-birini çox sevdiyini də vurğulayır.
Orxan Məmmədlinin qürurlu olduğu, borclu qalmağı ləyaqətinə sığışdırmadığı üçün özünə qəsd etdiyi bildirilir.