Tanınmış jurnalist avtomobil qəzasına düşdü - Foto

Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb.

Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Nicat Tarverdiyev "Hunday Santafe" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı Elvin Tarverdiyev və ailə üzvləri avtomobildə olublar. Qəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Hazırda fakt araşdırılır.

Qeyd edək ki, tanınmış jurnalist Elvin Tarverdiyev (Basqallı) hazırda “Azəristiliktəchizat” ASC-nin mətbuat katibidir.

63e9c35a4f2331ef5b11dc011d3d2f38.jpg

Share on Facebook