Suriya hökuməti Suriya Demokratik Qüvvələrinə (SDQ) 12 maddəlik plan təqdim edib.
Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Məcəllə” məlumat yayıb.
Planın maddələri belədir:
1. SDQ üzvləri Suriya ordusuna birləşmə və ya briqada kimi deyil, fərdi şəkildə qoşulur;
2. SDQ İraqla sərhəd-keçid məntəqələrini təhvil verir;
3. SDQ Türkiyə ilə sərhəd-keçid məntəqələrini təhvil verir;
4. SDQ ərəblərin çoxluq təşkil etdiyi Deyr əz-Zor və Rakka əyalətlərindən geri çəkilir;
5. Bütün neft və qaz obyektlərinin nəzarəti Suriya hökumətinə təhvil verilir;
6. Bəndlərin və su infrastrukturunun nəzarəti Suriya hökumətinə təhvil verilir;
7. Haseke əyalətində birgə idarəçilik yaradılır;
8. Məzlum Əbdi Haseke qubernatoru təyin edilir;
9. SDQ-yə hökumət vəzifələri (məsələn, müdafiə və ya daxili işlər nazirlərinin müavinləri) verilir;
10. SDQ-yə Suriya parlamentində iştiraka icazə verilir;
11. Prezident Əhməd əş-Şaranın son fərmanı ilə kürd hüquqlarının tanınması təsdiqlənir;
12. Bütün bəndlər müəyyən bir vaxt qrafikinə uyğun olaraq həyata keçirilir;
Qeyd edək ki, Suriya ordusunun terror təşkilatı SDQ-yə qarşı əməliyyatları davam edir.
