Almaniyada hakim Sosial Demokrat Partiyasının deputatı Andreas Şvarts ilk dəfə olaraq rəsmi Berlini Ukrayna Silahlı Qüvvələrini uzaqmənzilli qanadlı raketlərlə təmin etməyə çağırıb. Xüsusilə, o, Ukraynanın əks-hücumuna kömək etmək üçün Almaniyanın Kiyevə 500 km mənzilli "Taurus” qanadlı raketləri verməli olduğu fikrini ifadə edib.
Sozcu.az xəbər verir ki, bu barədə "Welt” yazır.
"Əks-hücum dayanır, Ukraynanın onu dəstəkləyəcək əhəmiyyətli hərbi hava qüvvəsi yoxdur (...) Yalnız "Taurus” qanadlı raketləri kimi idarə olunan silahlar qalıb ki, onların köməyi ilə Ukrayna ordusu ruslar tərəfindən salınmış mina sahələrini dəf edə və ərazilərini geri qaytara bilər”, - siyasətçi fikrini izah edib.
O, Ukraynanın Rusiyaya bu silahlarla zərbə endirməyəcəyinə əminliyini ifadə edib, çünki o, "Mars” və "Himar”lar xidmətində ola-ola hələ də bunu etmir. "Ukraynalılar Rusiya ərazisinə daxil ola bilərlər, lakin indiyədək bundan yayınıblar", - o vurğulayıb.
Şvarts vaxt itkisi ilə bağlı da xəbərdarlıq edib: "Mən dejavunun gələcəyini görürəm. Tank məsələsində olduğu kimi, biz indi də çox güman ki, sonda onsuz da çatdırılacaq mühüm avadanlıqları təhvil verməkdən imtina edirik".
Maraqlıdır ki, hazırda Ukrayna Silahlı Qüvvələri Britaniya, eləcə də fransalı həmkarı - SCALP tərəfindən təmin edilmiş uzaqmənzilli "Storm Shadow" raketlərindən istifadə edir. Bununla yanaşı, ABŞ Ukraynaya özünün ATACMS kimi tanınan uzaqmənzilli raketlərini verməkdən çəkinir, çünki onlar Kiyevin Rusiya Federasiyası ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyindən ehtiyat edirlər.