Şəmkirdə dəhşətli qəza: 7 nəfər öldü

08:26

Şəmkirdə ağır yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Məlumata görə, yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:

- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini

- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini

- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini

- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini

- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı

Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.

Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakini olduğu bildirilir.

***

Şəmkirdə ağır qəzada ölənləri adları məlum olub.

Məlumata görə, ölənlərin 4-ü kişi, 3-ü qadındır:

- 1992-ci il təvəllüdlü Şadət Bayramov,

- 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,

- 1977-ci il təvəllüdlü Aydın Pənahov,

- 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,

- 2008-ci il təvəllüdlü Kənan Məmmədov,

- 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova

- 1966-ci il təvəllüdlü Arif Bağırov.

***

Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə avqustun 7-də saat 05:00 radələrində 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

1975-ci il təvəllüdlü qadının müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970-ci il təvəllüdlü qadının və 1995-ci il təvəllüdlü kişinin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü kişi öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

Share on Facebook