Tovuz rayonunda şəhid anasını aldadaraq pulunu mənimsəyiblər.
Sozcu.az xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu Feysbuk hesabında paylaşım edib.
O bildirib ki, adının Bəxtiyar olduğunu deyən və özünü Ağdam qaçqını kimi təqdim edən şəxs Tovuz rayonunda şəhid Elmar Şirinovun anası Amana Nəsirovanı televiziyadan çəkiliş göndərmək adıyla aldadaraq, 200 manat alıb.
E.İslamoğlu qeyd edib ki, həmin şəxs şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir.