Şamaxıda magistral yolun şəhər ərazisindən keçən hissəsində yol qəzası olub.
Sozcu.az xəbər verir ki, maşın yolu keçmək istəyən piyadalar 46 yaşlı Kəmalə Rəfiyeva və onun 18 yaşlı qızı Leyla Rəfizadəni vurub.
Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyadalar şəhər mərkəzi xəstəxanasına çatdırılıb.