Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Camal şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 27-də baş verib.
Camal sərxoş vəziyyətdə yaşadıqları evdə aralarında ailə mübahisəsi zəminində yaranmış münaqişə zamanı arvadının baş və bel nahiyələrindən yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Könül onun arvadıdır, həmin şəxslə əvvəllər münasibəti yaxşı olub, aralarında ədavət, dava-dalaş olmayıb:
“Könül ilə 2007-ci il avqust ayında ailə həyatı qurmuşam. Həmin nigahdan 5 övladım var”.
Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 27-də dostunun ad günündə spirtli ikçi qəbul edib:
“Evə daxil olan zaman otaqda arvadımdan içmək üçün çay gətirməsini dedim. Arvadım çay gətirmək üçün getdi. Çayı gətirən zaman dişinin ağrıdığını, niyə bu qədər içirsən dedi. Könülə niyə deyinirsən deyərək əsəbləşdim. Aramızda mübahisə yarandı. Mən şisə içkili olduğum üçün özümü saxlaya bilmədim. Arvadımın baş nahiyyəsinə bir dəfə, kürək nahiyyəsinə isə bir neçə dəfə yumruqla vurdum. Bundan sonra evdə olan atam bizim səs-küyümüzə otağa daxil oladu və bizi sakitləşdirdi. Həmin hadisədən sonra arvadımıa aramızda heç bir hadisə olmasada, fevralın 28-də arvadım atasının evinə getdi. Uşaqların ikisini arvadım aparsa da, üçü mənimlə birlikdə qaldı”.
Təqsirləndirilən deyib ki, həmin hadisə zamanı arvadına başqa heç bir qanunsuz hərəkət etməyib.
Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Camalın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuluiyyətindən azad edilib.