Qabil Hüseynli: “Bu, suverenliyimizin de-fakto təmini baxımından da vacibdir”
Ermənistandan Xankəndinə silah-sursat daşnması prosesi davam edir. Digər tərəfdən, ordumuzun Ağdam və Kəlbəcərdəki mövqeləri yenə atəşə tutulub ki, bu da düşmənin öz təxribatlarından əl çəkmək istəmədiyini göstərir.
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli separatçılara qarşı yeni bir anti-terror əməliyyatının tətbiqinə ehtiyac olduğunu vurğulayıb:
“Xankəndinə silah-sursat daşınması, habelə orumuzun mövqelərinin atəşə tutulması fonunda separatçılara qarşı lokal xarakterli hərbi əməliyaytların keçirilməsi vacib görünür. Bu, suverenliyimizin de-fakto təmini baxımından da vacibdir. Çünki proseslər göstərir ki, separatçılar öz təxribatçı əməlləri ilə bizə “əlcək atır”, öz təxribatalrından əl çəkmək istəmirlər. Bu səbəbdən də məlum problemi birdəfəlik ortadan qaldırmaq, təcribatların qarşısını qəti şəkildə almaq üçün belə bir əməliyyatın həyata keçirilməsinə ehtiyac var. Yəqin ki, bu variant da digər variantlarla birlikdə siyasi rəhbərliyin diqqət mərkəzindədir”.