SEPAH komandirlərinin görüş yeri vuruldu

İsrailin Dəməşq ətrafında yerləşən Əldimas bölgəsində hava hücumu nəticəsində 3 qeyri-suriyalı öldürülüb.

Sozcu.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, dağıdılan bina SEPAH və Livan Hizbullah-ı komandirlərinin görüşlərinin keçirildiyi binadır.

Qeyd edək ki, öldürülənlərin SEPAH və Hizbullah üzvləri olduqları barədə məlumatlar yayılsa da, bu hələlik rəsmi şəkildə təsdiq edilməyib.

Share on Facebook