12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində meyiti tapılaraq təhvil verilən və azad edilən erməniəsilli şəxslərin sayı açıqlanıb.
Sozcu.az xəbər verir ki, bunu Report-a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, 12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində həlak olmuş 157 nəfər erməni hərbçisi tapılaraq təhvil verilib:
"Vətən müharibəsi başa çatandan hazırkı vaxta qədər Azərbaycan Respublikası 181 erməni əsilli şəxsi azad edərək təhvil verib. Azad edilmiş 181 erməni əsilli şəxslərdən 17 nəfəri 12-14 sentyabr hadisələrində saxlanılan Ermənistan hərbçiləri olub".