Sənəd qəbulu başa çatdı - Minlərlə abituriyent ərizəsini təsdiqləmədi

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il 1 martda başlayıb və 15 mart saat 23:59-da yekunlaşıb.

Son məlumatlara görə, 105 mindən çox abituriyent öz ərizəsini təsdiq edib. 7000-ə yaxın abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, onu təsdiq etməyib.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.

Share on Facebook