Sabah, iyulun 12-də Vilnüsdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında görüş olacaq.
Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər NATO-nun sammiti çərçivəsində bir araya gələcəklər.
V.Zelenski və C.Bayden Ukraynadakı müharibəni müzakirə edəcəklər.
Ağ Evdən isə bildirilib ki, NATO-nun sammiti çərçivəsində Ukraynanın Alyansa üzvlüyü ilə bağlı "yol xəritəsi” müəyyənləşəcək.