Sabah Kəlbəcərə köç OLACAQ

Növbəti köç karvanının sabah Kəlbəcərə yerləşməsi gözlənilir.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında  deyib.

Onun sözlərinə görə, Böyük Qayıdış proqramı əsasında Kəlbəcər rayonunda da yenidənqurma istiqamətində kompleks tədbirlər keçirilir:

“Birinci yaşayış məhəlləsində artıq bir neçə mənzil istifadəyə verilib. Hazırda ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrində layihələndirmə işləri aparılır”.

Share on Facebook