Saakyan və Qukasyanın həbs xəbəri yayıldı

Azərbaycan tezliklə Bako Saakyan və Arkadi Qukasyanın Həkəri körpüsündə həbs olunduğunu elan edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, onların həbsi ilə bağlı görüntülər də təqdim olunacaq.

İddia edilib ki, içərisində separatçı qurumun “daxili işlər və milli təhlükəsizlik nazirləri”nin olduğu avtomobil buraxılsa da, Saakyan və Qukasyan saxlanılıb.

Share on Facebook