Rusların məşhur PUA-sı məhv edildi

Ukrayna ordusu Rusiyaya məxsus "Orlan-10" pilotsuz uçuş aparatını (PUA) məhv edib. 

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb. 

PUA-nın ölkənin şimalında vurulduğu bildirilir. Sistemin zenit-raket bölmələri tərəfindən məhv edildiyi qeyd olunur. 

Qeyd edək ki, bu gecə ruslar İrana məxsus 21 pilotsuz uçan aparatı ilə Ukraynaya hücum edib, onlardan 16-sı vurulub. 

Share on Facebook