Ukrayna rus işğalçıları ilə tam qələbəyə qədər mübarizə aparacaq.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov rusiyalı təbliğatçıların öldürülməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bu məsələni davam etdirməyin. Deyə biləcəyim budur ki, Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürürük və öldürəcəyik”, - Budanov bildirib.
Qeyd edək ki, ötən gün Nijni Novqorodda rus yazar Zaxar Prilepinin avtomobili magistral yolda partladılıb. Onun sürücüsü ölüb, özü isə yaralanıb.
Hərbi müxbir Maksim Fomin (Vladlen Tatarski) 3 apreldə öldürülmüşdü.