Rusiyaya qarşı yeni SANKSİYALAR

Avropa İttifaqı (Aİ) 2025-ci ilin fevralında Ukrayna ilə müharibənin üçüncü ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır.

Sozcu.az-ın məlumatına görə, bu barədə "Welt am Sonntag" Aİ-dəki mənbələrə istinadən bildirib.

Qeyd edilir ki, artıq hazırlıq işlərinə başlanılıb.

Növbəti sanksiyalar paketi rəsmi Moskvaya açıq siqnal kimi nəzərdə tutulub: "Məhdudiyyətlər Rusiya iqtisadiyyatının hələ də sanksiyalarla əhatə olunmayan və ya kifayət qədər əhatə olunmayan konkret sahələrinə qarşı tədbirləri ehtiva edəcək".

Share on Facebook