Rusiyanın Ukraynadakı itkiləri 194 mini ötdü

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 194 430 hərbçisi məhv edilib.

Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində 660 Rusiya hərbçisi zərərsizləşdirilib.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 723 tank, 7 248 zirehli maşın, 2 572 operativ-taktiki PUA, 3 010 artilleriya sistemi, 306 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 952 avtomobil və tanker, 947 qanadlı raket, 18 gəmi və kater, 380 xüsusi texnikadan ibarətdir.

Share on Facebook