Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 546-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 258 820 hərbçi, 4373 ədəd tank, 8488 ədəd zirehli döyüş maşını, 5318 ədəd artilleriya sistemi, 722 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 491 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7745 ədəd avtomobil texnikası, 4324 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 800 xüsusi avadanlıq itirib.

Share on Facebook