Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 506-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 236 590 hərbçi, 4097 ədəd tank, 8008 ədəd zirehli döyüş maşını, 4449 ədəd artilleriya sistemi, 680 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 423 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7019 ədəd avtomobil texnikası, 3783 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 662 xüsusi avadanlıq itirib.

Share on Facebook