Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 511-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 239 480 hərbçi, 4123 ədəd tank, 8059 ədəd zirehli döyüş maşını, 4573 ədəd artilleriya sistemi, 689 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 430 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7105 ədəd avtomobil texnikası, 3885 ədəd PUA, 1279 qanadlı raket, 18 gəmi/qayıq, 683 xüsusi avadanlıq itirib.

Share on Facebook