Ukrayna müharibənin 1370-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 166 450 hərbçi, 11 366 ədəd tank, 23 620 ədəd zirehli döyüş maşını, 34 626 ədəd artilleriya sistemi, 1 549 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 248 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 68 006 ədəd avtomobil texnikası, 83 769 ədəd PUA, 3 981 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 003 xüsusi avadanlıq itirib.
