Rusiyanın itkiləri 655 mini ötdü

Ukrayna müharibənin 952-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 655 560 hərbçi, 8 887 ədəd tank, 17 579 ədəd zirehli döyüş maşını, 18 869 ədəd artilleriya sistemi, 1 204 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 963 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 692 ədəd avtomobil texnikası, 16 348 ədəd PUA, 2 613 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 318 xüsusi avadanlıq itirib.

Share on Facebook