Rusiyanın itkiləri 269 minə yaxınlaşır

Ukrayna müharibənin 564-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 268 630 hərbçi, 4554 ədəd tank, 8755 ədəd zirehli döyüş maşını, 5811 ədəd artilleriya sistemi, 760 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 509 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8238 ədəd avtomobil texnikası, 4593 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 872 xüsusi avadanlıq itirib.

Share on Facebook