Rusiyanın itkiləri 237 mini ötdü

Ukrayna müharibənin 507-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 237 180 hərbçi, 4102 ədəd tank, 8019 ədəd zirehli döyüş maşını, 4463 ədəd artilleriya sistemi, 680 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 425 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7036 ədəd avtomobil texnikası, 3807 ədəd PUA, 1273 qanadlı raket, 18 gəmi/qayıq, 664 xüsusi avadanlıq itirib.

Share on Facebook