Rusiyanın iki helikopteri və iki qırıcısı vuruldu

Rusiyanın Bryansk vilayətində helikopter alışıb və qəzaya uğrayıb.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı TASS fövqəladə hallar xidmətindəki mənbəsinə istinadla yayıb.

Bildirilib ki, ilkin məlumata görə, helikopterin mühərriki alovlanov və təyyarə Klints şəhərinə düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım briqadaları göndərilib. Hələlik, helikopterin qalıqları tapılmayıb.

***

Rusiya mediası Bryansk vilayətində bu gün daha bir Mi-8 helikopterinin qəzaya uğradığını bildirib.

Helikopter Bryanskın Uçensk rayonu yaxınlığında Volkustiçi kəndinə düşüb.

“Mash” nəşrinin yaydığı xəbərə görə, mayın 13-də Brayansk səmasında iki Mi-8 helikopteri, Su-34 və Su-35 qırıcı təyyarələri qəzaya uğrayıb. İlkin məlumata görə, onlar döyüş əməliyyatından qayıdarkən yerdən vurulub.

Bryansk vilayətində axtarış əməliyyatları aparılır.

Share on Facebook