Rusiyanın 160 milyonluq S-400-ü aşdı - Video

Rusiyanın Tula vilayəti yaxınlığında, M2-Krım magistralının Prudnoye kəndindən keçən hissəsində S-400 zenit-raket kompleksi (ZRK) yol kənarına aşıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Təxminən 160 milyon dollar dəyərində olan S-400-ün səhər saatlarında qəzaya uğradığı bildirilib.

Məlumata görə, kompleks 8 texnikadan ibarət kortejlə birlikdə hərəkət etsə də, sonradan geri qalıb.

İlkin ehtimala görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb. Nəticədə sürücü qolunu sındırıb, lakin ciddi xəsarət almayıb.

Share on Facebook