Rusiyadan evinə qayıtdı, faciəvi şəkildə öldü

Goranboyun Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi ev 10 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Sozcu.az xəbər verir ki, faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhum həmin gün Rusiyadan Azərbaycana qayıdıb. Evinə çatdıqdan bir müddət sonra hamam otağına girib və dəm qazından boğularaq ölüb.

Share on Facebook