Moskvanın Qolovinski məhkəməsi “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko barəsində həbs qətimkan tədbiri seçib.
Sozcu.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Məhkəmə Dzyadkonun barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti təmin edib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Dzyadko vəzifələrini yerinə yetirməkdən yayınmaqda ittiham olunur.
Məlumata görə, aprel ayında Rusiya Daxili İşlər Nazirliyi jurnalisti axtarışa verib. O, 2022-ci ildə telekanalın saytının bloklanmasından sonra Rusiyanı tərk edib və həmin il xarici agent kimi tanınıb. 2023-cü ildə “Dojd”un xaricdəki filialları arzuolunmaz təşkilat siyahısına daxil edilib. Dzyadko iki dəfə onların fəaliyyətində iştirak ittihamı ilə cərimələnib.
İyulun 18-də İstintaq Komitəsi Tixon Dzyadko, telekanalının aparıcısı Yekaterina Kotrikadze və jurnalist Valeriya Ratnikova barəsində Rusiya ordusu ilə bağlı yalan məlumatlar yaymaq və xarici agent vəzifələrini yerinə yetirməmək ittihamı ilə cinayət işi açıb.