Rusiyada eyni vaxtda iki neft anbarı od tutub yandı...-FOTO

Rusiyada iki neft bazasında eyni vaxtda yanğın baş verib. 

Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, Voronej vilayətində pilotsuz təyyarə “Annanefteprodukt” MMC-nin neft bazasının ərazisinə düşüb, nəticədə yanacaq çəni yanıb. Bu haqda vilayət qubernatoru Aleksandr Qusev danışıb.

“Voronej vilayətinin Anninski rayonunda elektron döyüş texnikası Ukraynaya məxsus PUA-ları söndürüb, onlardan biri neft anbarının ərazisinə düşüb, ilkin məlumata görə, itki yoxdur", - deyə qubernator bildirib.

Bundan əlavə, Perm diyarında Osentsı kəndinin sənaye zonasındakı özəl neft anbarında güclü yanğın baş verib.

"Shot" telegram-kanalının yazdığına görə, yanğın 10 min kvadratmetr ərazini əhatə edir. Bildirilir ki, yanacaq çənlərini alov bürüyüb. Hadisə yerində 60-dan çox yanğınsöndürən və 19 texnika çalışır. Lakin baş verənlərin səbəbləri göstərilmir.

Rusiyaya hücumlar haqda son xəbərlər..

Gecə Rusiyaya Ukrayna pilotsuz uçan aparatları tərəfindən hücum edilib - ölkənin Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin dörd regionda 113 pilotsuz uçan aparatını “ələ keçirib və məhv etdiyini” bildirib.

Daha sonra Ukrayna Təhlükəsizlik Xidmətindən Rusiya Federasiyasının Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromunda "KAB" bombaları olan anbarlara, "SU-35" və "SU-34" təyyarələrinin dayanacaqlarına, habelə aviasiya yanacağı anbarlarına hücum edildiyi haqda məlumat verilib.

Bir neçə gün əvvəl  isə Ukrayna Silahlı Qüvvələri Volqoqrad vilayətində raket anbar arsenalına hücum edib.

Share on Facebook