Rusiyada dəmiryolu körpüsü partladılıb

Rusiyada dəmiryolu körpüsündə partlayış baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.

Hadisə Samara vilayətində qeydə alınıb. Naməlum şəxslər bu gün səhər saatlarında dəmiryolunin Zvezda-Çapayevsk hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib.

Moskvadan hərəkət edən üç sərnişin və bir elektrik qatarının hərəkəti dayandırılıb.

Partlayış baş verən ərazidə xüsusi xidmət orqanları və istehkamçılar çalışır.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Yolda hərəkətin nə vaxt bərpa olunacağı bildirilmir.

Share on Facebook