"Düşmənin bu növbəti təxribatı Ukrayna Silahlı Qüvvələrinin nüfuzdan salınması və Qərb tərəfdaşları tərəfindən Ukraynaya hərbi yardımın dayandırılması məqsədini güdür..."
Rusiya xüsusi xidmət orqanları Ukraynada döyüş əməliyyatları zamanı ABŞ və Avropa İttifaqının ələ keçirilən qənimət silahlarını HƏMAS terrorçularına ötürüb.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat verib. Məlumatı "news.obozrevatel.com" nəşri yayıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, rusiyalılar burada aşağıdakı məqsədləri güdüb:
- ukraynalı hərbçiləri "Qərb silahının müntəzəm əsaslarla terrorçulara satmaqda" ittiham etmək;
- bu feyki mediada, o cümlədən Qərb mətbuatında yaymaqla Qərb tərəfdaşları tərəfindən Ukraynaya hərbi yardımın tamamilə dayandırılması məqsədilə ictimai rəyi formalaşdırmaq.
"Kremlin dezinformasiya kampaniyası çərçivəsində bu feyklər Qərb KİV-lərində bir sıra "ifşaedici materialların" və "araşdırmaların" əsasını təşkil etməlidir.
İnandırıcı olması üçün Rusiyanın xüsusi xidmət orqanları bu yaxınlarda Moskvaya qaçmış Ukrayna Sərhəd Xidmətinin xain baş leytenantı Ruslan Sırovun müvafiq şərhlərindən istifadə etmək niyyətindədir", - BKİ xəbərdarlıq edir.
Xatırladaq ki, ilyarımdır ki, ona hücum edən Rusiya ilə qanlı savaş aparan Ukrayna yəhudi dövlətinə terror hücumlarını birmənalı olaraq qətiyyətlə pisləyənlərin ilk sırasında olub.
"Biz İsrailin özünü və öz xalqını qorumaq hüququna öz dəstəyimizi ifadə edirik", - Ukrayna XİN "həmasçıların" İsrailə qanlı hücumundan bir neçə saat sonra bəyan edib.
Düşmənin bu növbəti təxribatı Ukrayna Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlib və Qərb tərəfdaşları tərəfindən Ukraynaya hərbi yardımın dayandırılmasına gətirib çıxara bilər.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlıları İsrailə güclü hücum törədərək, 5 min raket buraxıb, sonradan onlar Qəzza bögəsi yaxınlığındakı maneələrdən keçərək dinc sakinləri qətlə yetirib və vəhşiliklər törətməyə başlayıb.
Oktyabrın 9-da bütün gecə İsrail Müdafiə Ordusu HƏMAS terrorçu qruplaşmasının hərbi imkanlarını məhv etmək üçün Qəzza bölgəsinə zərbələr endirməkdə davam edib.
Eyni zamanda, terrorçular mülki obyektlərə hücumları davam edir, bu hücumlar nəticəsində İsraildəki qurbanların sayı 700 nəfəri ötüb.