"Rusiya və İsrailin silah satışı azalıb..."

"Rusiya tarixdə ilk dəfə olaraq silah ixracında ikinci yeri Fransaya verib..."

"2019-2023-cü illərdə Avropaya silah tədarükü iki dəfə artıb..."

Son beş ildə Rusiyanın silah satışı 53 faiz aşağı düşüb.

Sozcu.az xəbər verir ki, bu barədə Stoqholm Beynəlxalq müharibə problemlərinin araşdırılması İnstitutunun məruzəsində deyilir.

Qeyd edək ki, söhbət müdafiə ixracından deyil, konkret olaraq silah ixracından gedir.

Burada təyyarələr, gəmilər, tanklar və digər zirehli texnika, zenit sistemləri və artilleriya (digər ölkələrdən modellərin modernləşdirilməsi üzrə sifarişlər daxil olmaqla) nəzərə alınır.

Rusiya tarixdə ilk dəfə olaraq dünya silah ixracında ikinci yeri Fransaya verib, bu ölkə "Rafal" qırıcılarının ixracı hesabına reytinqdə irəliyə gedib.

Onlar Amerika qırıcıları kimi o qədər də nüfuzlu hesab edilmir, lakin ərəb dünyası və Asiyada onları hindlilər, səudiyyəlilər, Əmirliklər, Misir və s. əldə edir. 

Avropada "Rafal" qırıcılarını yanız xorvatlar və yunanlar alır, Avropa İttifaqının digər ölkələri "F-16s" və "F-35bs"-ə üstünlük verir.

Silah ixracı həcminə görə dördüncü yerdə Çin, daha sonra Almaniya, İtaliya, Britaniya, İspaniya, İsrail və Cənubi Koreya qərarlaşıb.

Rusiya 2019-cu ildə 31 ölkəyə silah ixrac edib, 2023-cü ildə belə ölkələrin sayı 12 rəqəm azalıb.

Məruzəyə görə, Rusiya hesabat dövründə 78 döyüş təyyarəsi, 5 böyük döyüş gəmisi, 16 "yer-hava" sinfindən olan raket sistemləri, 464 tank və 8 vahid digər texnika ixrac edib.

Rusiya silahının ən iri idxalçıları son beşillikdə Hindistan olub, bu ölkənin payına bu ixracın 34 faizi düşüb, daha sonra Çin (21 %) və Misir (7, 5 %) gəlir.

Bütün bunlar Avropanın silahlandırılması fonunda baş verir. Bu qitəyə silah tədarükü 2019-2023-cü ilkərdə təxminən iki dəfə, 94 faiz artıb.

Avropanın payına dünya silah ixracının təxminən üçdə bir hissəsi düşür. Bu regiona əsas silah tərarükçüsü ABŞ-dır, bu ölkə Avropa ölkələri tərəfindən alınan "müdafiə" silahlarının 55 faizini tədarük edir.

Təəccüblü deyil ki, ABŞ-da silah ixracı 17 faiz, ümudünya silah bazarında onun payı 34 faizdən 42 faizə yüksəlib.

2019-2023-cü illərdə ABŞ  107 ölkəyə müharibənin aparılma vasitələrini tədarük edib. Bu, Amerika Hərbi-Sənaye Kompleksi üçün rekord rəqəmdir.

Fransa silah ixracını 47 faiz artırıb. Parisin ən böyük alıcıları Hindistandır, bu ölkənin payına Fransa silah ixracının 30 faizi düşür. Fransa döyüş təyyarələrinin Qətər və Misirə tədarükü əhəmiyyətli tövhəsini verir.

İsrail dünyanın 10 ən böyük silah ixracatçılarına daxildir, hərçənd, 2019-2023-cü illərdə müdafiə satışı aşağı düşüb.

İsrail 18 döyüş təyyarəsi, 30 "yer-torpaq" sinfindən olan raket sistemləri, 19 tank, 45 vahid digər zirehli texnika, 95 artilleriya sistemi ixrac edib.

İsraildən əsas silah sistemlərinin alıcıları Filippin, Mərakeş və Britaniyadır.

Bu dövrdə Ukrayna Avropada ən böyük, dünyada dördüncü silah idxal edən ölkəyə çevrilib. 

Bu silahların əhəmiyyətli hissəsi Kiyevı 2022-ci il fevralında Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başlanandan sonra Kiyevə göndərilib.

Son beş ildə müharibənin aparılma vasitələrinin dünyada ən böyük alıcısı Hindistan olub.

Share on Facebook