“Rusiya tezliklə dağılacaq və bəzi respublikalar onun tərkibindən ayrılacaq”.
Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov feysbukda yazıb.
Onun fikrincə, Ural, Sibir, Kuban, Tatarıstan, Başqırdıstan, Yakutiya və digər respublikaların öz müqəddəratını həll etmək, Rusiyadan ayrılmaq hüquqları var: “Onlar müstəqil və suveren dövlət kimi formalaşa bilərlər”.
Eyni zamanda O.Danilov əmindir ki, bütün bunlar demokratik yolla və kənar təsirlər olmadan baş verəcək.