"Elita dalana dirənib, onlar mənasız müharibəyə görə "suç keçisi" olmaqdan qorxur..."
"Putinin liderliyinə mütləq inam sarsılıb, onun Rusiyanın təhlükəsizlik qarantı kimi nüfuzuna ciddi zərbə vurulub..."
Rusiya elitası müharibədən yorulub və onun dayandırılmasını istəyir, hərçənd, Putinin döyüş əməliyyatlarını dayandırmasına şübhə edir.
Sozcu.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Bloomberg" nəşri yazıb.
Hətta ən nikbin ovqatda olan mənbələr Kreml üçün ən yaxşı nəticə kimi danışıqların aparılması və ilin sonunadək münaqişənin sondurulmasını qeyd edir, bundan sonra Putin zəbt etdiyi Ukrayna ərazilərinin bir hissəsini əlində saxlamaqla "Pirr qələbəsini" elan edə biləcək.
Elitalardan heç kim Ukraynaya hərbi müdaxilə ilə bağlı Putinə qarşı çıxmaq istəməməsinə rəğmən, bu müdaxilə onun liderliyinə mütləq inamı sarsıdıb.
"Elita dalana dirənib, onlar mənasız müharibəyə görə "suç keçisi" olmaqdan qorxur", - bunu Rusiya hökumətinin ölkəni hərbi müdaxilədən sonra tərk etmiş sabiq müşaviri Kirill Roqov deyib.
Agentlik Rusiyada siyasi və işgüzar elitanın bir çox nümayəndələrinin Ukraynada müharibənin perspektivləri ilə bağlı ovqatını "getdikcə artan məyusluq" kimi təsvir edir.
Agentlik qeyd edir ki, bu, böyük ehtimalla, böyük itkilərlə və döyüş meydanında hər hansı əhəmiyyətli uğurlar olmadan müşayiət edilən uğursuz hərbi müdaxilənin məsuliyyətinin yerdəyişməsini gücləndirəcək.
Rusiyanın daxilində, o cümlədən Moskvada pilotsuz uçuş aparatlarının hücumları müdafiə olunmamaq hissini gücləndirir, döyüş əməliyyatlarının Belqorod vilayətinə yayılması isə Putinin Rusiyanın təhlükəsizlik qarantı kimi "nüfuzuna ciddi zərbə vurub", - nəşr yazır.
Qeyd edilir ki, bu vəziyyətdə hətta hərbi müdaxiləni dəstəkləyənlər belə Rusiyanın üç günə bitməli olan, amma artıq il yarımdır davam edən müharibədə perspektivləri barədə məyus olub.
Onlardan biri Konstantin Zatulindir, o, üzdəniraq "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə nail olunmasına şübhə edib.
Elita nümayəndələrinin əksəriyyəti "başlarını qaldırmır" və öz işlərini davam edir, onlar əmindir ki, vəziyyətə təsir edə bilmir, agentliyin həmsöhbətləri deyib. Onlar əmindir ki, Putinin bu müharibəyə son qomaq istəyinin heç bir əlamətləri yoxdur.
Bundan öncə "Politico" jurnalı məlumat verib ki, ABŞ prezidenti Co Bayden administrasiyasında hadisələrin mümkün inkişaf ssenilərindən biri kimi hərbi münaqişənin dondurulmuş mərhələyə keçməsi nəzərdən keçirilir .
Ukrayna hakimiyyəti dəfələrlə deyib ki, ərazilərin itirilməsi və ya münaqişənin dondurulmasını nəzərdə tutan heç bir təklifi qəbul etməyəcək.
Kreml bəyan edir ki, Moskva Ukrayna ilə münaqişənin dondurulmasının əleyhinədir və Ukraynada müharibənin məqsədlərinə "ya xüsusi hərbi əməliyyat", ya da digər mümkün vasitələrlə nail olmağa çalışacaq.