Rusiya bu istiqamətdə 100 min əsgər toplayıb

Rus işğalçıları Liman-Kupyansk istiqamətində 100 mindən çox əsgər toplayıb.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy deyib.

“Liman-Kupyansk istiqamətində düşmən çox güclü dəstə - 100 mindən çox şəxsi heyət, 900-dən çox tank, 550-dən çox artilleriya sistemi və 370 reaktiv yaylım atəş sistemi cəmləşdirib", - Çerevatıy bildirib.

O, müqayisə üçün deyib ki, Əfqanıstanda müharibənin pik dövründə Sovet qoşunlarının 120 min şəxsi heyəti var idi.

Çerevatıy qeyd edib ki, “Z” adlandırılan hücum bölmələri Liman-Kupyansk istiqamətində cəmləşdirdilib.

Natiq vurğulayıb ki, ruslar Ukrayna müdafiəsini yarıb keçmək niyyətindədirlər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski də rus ordusunun Kumyansk istiqamətində Ukrayna ordusunu darmadağın etmək üçün hücuma keçdiyini açıqlayıb.

Share on Facebook