“Rusiyanın Ermənistana “smerç” və digər silahlar göndərməsi, əvvəlki razılaşmalar əsasında həyata keçirilsədə bu, Kremlin İrəvana jestidir. Rusiya Ermənistana iqtisadi və hərbi yardımlar etməklə, öz orbitində saxlamağa çalışır. Ukrayna müharibəsi fonunda mərmi və silahları İrandan, Şimali Koreyadan alan Moskvanın Ermənistana silahlar göndərməsində məqsəd Cənubi Qafqazda mövqeyini qorumaq və Azərbaycanla sülhə mane olmaqdır”.
Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Ekspert qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 16 milyarda yaxınlaşır:
“Bu, Rusiyanın Ermənistanla iqtisadi və ticarət əlaqələrindən irəli gəlir. Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvülüyün geri dönüşün olmayacağı mərhələsinə gəldiyini qeyd edib. Göründüyü kimi, Paşinyan anti-Rusiya ritorikasını davam etdirir. Amma Kreml durmadan bu ölkəyə yardımlar edir. Bu gün Ermənistan Qərb və Rusiya tərəfindən kifayət qədər dəstəklənir. Ermənistanın kifayət qədər maliyyə imkanlarına sahib olması İrəvanın sonda danışıqları pozması ilə nəticələnə bilər. Bu da Moskvanın siyasətidir. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir. Var qüvvəsi ilə Ermənistanı maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmalar pozulsun”.konkret}