Rusiyanın Rostov vilayətinin Morozovsk şəhəri kütləvi dron hücumuna uğrayıb.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, hücum obyekti Morozovsk şəhərinin aerodromu olub.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev sözügedən ərazidə kütləvi PUA hücumu olduğunu bildirib:
“İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri Morozovsk rayonunda 40-dan çox hədəfi məhv edib. Hücum nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Elektrik təchizatının bərpası istiqamətində işlər aparılır”.
Ukraynalı bloqçular yazır ki, bu aerodromda son vaxtlar cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcıları yerləşdirilib.
***
Rusiyanın Rostov vilayətindəki Morozovsk aerodrumuna PUA hücumu nəticəsində azı 6 təyyarə məhv edilib.
Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
“Azı 6 hərbi təyyarə məhv edilib, 8 təyyarə isə ciddi zədə alıb. Hərbi texnika ilə yanaşı, hücum nəticəsində 20-yə yaxın hərbçi ölüb”, - məlumatda qeyd olunub.