Rus terrorunun heç biri cavabsız qalmır - Zelenski

Ukrayna rusların heç bir cinayətini cavabsız qoymayacaq və Krım körpüsündə baş verən “tüstülənmə” bunun sübutlarından biridir.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.

"Hər yerdə əsgərlərimiz işğalçıların terroruna cavab verir. Elə bir gün yoxdur ki, rus şəri bizim tam ədalətli cavabımızı almasın”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, Krım körpüsündə ardıcıl partlayışlar baş verib.

Share on Facebook