ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsrail və HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib.
Sozcu.az xəbər verir ki, Rubio bu barədə EWTN telekanalına müsahibəsində deyib.
Rubionun sözlərinə görə, danışıqlar Fransa prezidentinin Fələstin dövlətinin tanınması ilə bağlı birtərəfli qərar qəbul etdiyi gün kəsilib:
“HƏMAS-ın yerində olsaydım, qərar verərdim: “Gəlin atəşkəs etməyək. Çünki mükafatlandıra bilərlər, biz bunu qələbə hesab edə bilərik. Makronun bəyanatından sonra digər ölkələr də bu mövqeyə qoşularaq bəyan ediblər ki, sentyabr ayına qədər atəşkəs əldə olunmasa, Fələstin dövlətini tanıyacağıq”.