Ronaldo: "Əl-Nəsr" yeni mövsümdə hər kuboku qazanacaq"

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Yaponiyada təlim-məşq toplanışı zamanı yeni mövsümlə bağlı fikirlərini bildirib.

Sozcu.az goal.com-a istinadən xəbər verir ki, o deyib:  “Biz Yaponiyada olmaqdan çox şadıq. "Əl-Nəsr" üçün bu, ilk belə səfərdir. Qarşıda bizi iki yaxşı matç gözləyir və həyəcanlıyıq. Yaponiyada hamı futbola çox həvəslidir. Biz şou göstərmək üçün buradayıq.

Yeni mövsümdə bütün kubokları qazanacağımıza ümid edirik. Bəli, çətin olacaq, amma düşünürəm ki, yeni məşqçi və yeni oyunçularla yaxşı komandamız var. Biz möhtəşəm mövsümü səbirsizliklə gözləyirik".

"Əl-Nəsr" Yaponiyada PSJ və “İnter”lə qarşılaşacaq. 

Share on Facebook